Türkiyənin Manisa şəhərinin Saruhanlı bölgəsində başlayan meşə yanğını yaxınlıqdakı 14 ev və 3 tövlənin külə dönməsinə yol açıb.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Manisa valisi Yaşar Karadeniz bu barədə məlumat verib.
Qeyd edək ki, Manisada meşə yanğınlarının söndürülməsinə 9 təyyarə, 15-i gündüz, 4-ü gecəgörmə qabiliyyətinə malik 19 helikopter, 13 su təchizat maşını, 5 inşaat maşını, 450 Meşə Təsərrüfatı Baş Müdirliyinin personalı; 15 Manisa Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi qrupu, 13 su tankeri cəlb edilib.
Bundan əlavə, İzmirdən 3 yanğınsöndürən və 10 TOMA, AFAD qrupları və 4 təcili yardım maşını da yanğının söndürülməsinə dəstək verir.
Mehman Mehdiyev