Rusiya XİN başçısı Sergey Lavrovun iştirakı ilə sabah Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək. Bəs görəsən görüşdən hansı nəticələr gözlənilir? Xarici siyasət idarəsi rəhbərləri hansısa ciddi bir razılıq əldə edə bilərlərmi?
Newscenter.az-ın xəbərinə görə, sözügedən görüş barədə açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, xarici işlər nazirləri Vaşinqtonda iki dəfə bir neçə gün görüş keçirib və gündəlik ortadadır:
"Rusiyanın vasitəçiliyi ilə keçiriləcək görüşdə hər-hansı bir sənədin imzalanması da gözlənilmir".
Məhəmməd Əsədullazadə qeyd edib ki, Moskvanda hər-hansı bir sənəd imzalansa da, onun reallaşması mümkün deyil:
"Çünki, Rusiyanın öz imzası və vasitəçiliyi ilə imzalanan sənədlər Kreml tərəfindən kağız parçası kimi dəyərləndirilir. Ona görə də Moskvada XİN görüşündən müsbət nəticələr mümkün deyil. Sadəcə, Rusiya Qərbə mən də varam siyasətini davam etdirir".
Anar Əliyev