İsrailin baş naziri Benyamin Netanyahonun Türkiyəyə səfəri ertələnib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı trthaber yayıb. Netanyahonun ofisinə istinadən verilən məlumatda səfərin təxirə salınmasına səbəb kimi İsrail baş nazirinin səhhəti göstərilir.
Qeyd edək ki, iyulun 28-də İsrailin baş naziri Benyamin Netanyahonun Türkiyəyə səfəri nəzərdə tutulmuşdu.
Anar Əliyev