"Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Polşaya qarşı ərazi iddiaları irəli sürməsi, bu ölkəyə qarşı hərbi təcavüz planından xəbər verir. Amma, Rusiyanın Polşaya qarşı hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər hərbi resursu yoxdur".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Kreml Belarus və Vaqner vasitəsilə bunu reallaşdıra bilər:
"Amma, Polşa NATO üzvüdür, bu ölkəyə qarşı hərbi əməliyyatların kəcirilməsi, birbaşa NATO-nun müharibəyə qoşulması demək olar. Amma, Rusiya bunu "Vaqner" vasitəsilə həyata keçirə bilər. Çünki, Vaqner muzdlu hərbi birləşməsi, rəsmi deyil və Polşaya qarşı hərbi əməliyyatlara başlaya bilər".
Politoloq deyir ki, V. Putinin Polşaya qarşı aqressiyası Ukraynaya hərbi dəstəyin verilməsi və Şərqi Avropada Varşavanın artan siyasi çəkisindən irəli gəlir:
"Şərqi Avropa yeni bir müharibənin astanasındadır. V. Putinin Polşaya hərbi müdaxiləsi isə, onun hakimiyyətinin sonu ola bilər".
Mehman Mehdiyev