Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada cinsiyyət dəyişdirmək qadağan edildi -ÖZƏL

Rusiyada cinsiyyət dəyişdirmək qadağan edildi


Rusiya prezidenti Vladimir Putin ölkədə cinsiyyətin dəyişdirilməsi əməliyyatlarını qadağan edən fərman imzalayıb.

Newscenter.az Rusiya mediasına istinadən bildirir ki, fərmanda cinsini dəyişmiş və əvvəllər nikah bağlamış şəxslərin nikahlarının etibarsız sayılacağı və bu şəxslərin övladlığa götürülə bilməyəcəyi də əksini tapır.

Fərmanda bu qərarın Rusiya ailə quruluşunu və konstitusiya əxlaqi əsaslarını qorumaq məqsədi ilə qəbul edildiyi vurğulanıb və bunun Rusiya vətəndaşlarının və uşaqların sağlamlığını qorumaq məqsədi daşıdığı qeyd edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş