Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tayvanda hərbi hissədə partlayış oldu, yaralılar var -ÖZƏL

Tayvanda hərbi hissədə partlayış oldu, yaralılar var


Tayvanda hərbi bazada sursat anbarında partlayış baş verib.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, baş verən partlayışda 2-si ağır olmaqla 9 nəfərin yaralanıb.

Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamada partlayışla əlaqədar araşdırmaya başlanıldığı bildirilib.

Məlumata görə, texniki qrup anbara baxış keçirərkən 120 millimetrlik minaatan mərmisi partlayıb. Ətraflı araşdırma üçün xüsusi komissiya yaradılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş