Bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Hökumət Kabinetinin növbəti iclası keçiriləcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, iclasda əsasən daxili və xarici siyasət, eləcə də iqtisadi sahədə müzakirələr aparılacaq.
Xarici siyasətdə əsas müzakirə mövzusu NATO zirvəsi, Ərdoğanın Körfəz ölkələrinə səfəri və "Taxıl dəhlizi"nin uzadılması məqsədilə aparılan danışıqlar olacaq.
Mehman Mehdiyev