Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna: Ruslar Dunay çayındakı liman infrastrukturuna zərbə endiriblər -ÖZƏL

Ukrayna: Ruslar Dunay çayındakı liman infrastrukturuna zərbə endiriblər


Rusiya Ukraynanın Odessa bölgəsində Dunay çayındakı liman infrastrukturunu hədəfə alıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, liman infrastrukturuna zərbələr pilotsuz təyyarələrlə həyata keçirilib.

Hücum barədə Ukraynanın Odessa vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper də sosial media hesabından paylaşım edib.

Kiper, "Ruslar Şahed pilotsuz uçuş aparatları ilə limanlara 4 saat ərzində hücum etdi. 3 İHA hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən məhv edildi", deyə, vuröulayıb.

Hücumlar nəticəsində 6 nəfərin yaralandığı bildirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş