Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yanvar-iyun aylarında əmək müqavilələrinin sayı 1 faiz artıb

Yanvar-iyun aylarında əmək müqavilələrinin sayı 1 faiz artıb


Məşğulluq imkanlarının artırılmasına, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin sayında artım davam edir.

Newscenter.az xəbər verir ki, bu ilin 6 ayında ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 1 faiz və ya 18,5 min müqavilə artaraq 1 milyon 765 minə çatıb.

Aparılan əməkhaqqı islahatları və əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunun da artması ilə nəticələnib. 2023-ci ilin yanvar-iyun aylarında əməkhaqqı fondunda daha 10 faiz artım qeydə alınıb.

Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 35 faiz, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.

Sona
Xəbəri paylaş