Yunanıstanın Rodos adasında bir neçə gündür davam edən yanğınlar burdakı turistləri də təhlükəli durumla üzləşdirib.
Newscenter.az "Habeer Global"-a istinadən bildirir ki, meşə yanğınından qaçan adadakı turistlər çimərliklərdə kömək gözləyirlər. Onlar dəniz yolu ilə evakuasiya olunmağa can atırlar.
Yerli mənbələrin xəbərinə görə, yanğınlar səbəbilə indiyədək 19 min adam təhlükəsiz yerlərə köçürülüb. Bunun Yunanıstanın həyata keçirdiyi ən böyük təxliyə əməliyyatı olduğu bildirilir.
Anar Əliyev