1994-cü ildə Baltik dənizində batmış və 800-dən çox insanın ölümünə səbəb olan Estoniyanın "MS Estonia" bərəsinin yükləmə rampası sudan çıxarılıb.
Newscenter.az BBC-yə istinadən xəbər verir ki, dənizdən çıxarılan MS Estonia gəmisinin yükləmə rampası tədqiqat üçün Paldiski limanına aparılacaq.
Baltik dənizində bərənin batdığı bölgədə araşdırmalar Viking Reach araşdırma gəmisi ilə aparılıb. Tədqiqat gəmisində 29 il batan gəmidə sağ qalan 137 nəfərdən 2-si Ants Madar və Urban Lambertsson da yer alıb. 6 gün davam edən pandusların sökülməsi işləri zamanı gəminin hissələri sualtı nəqliyyat vasitəsi ilə yoxlanılıb.
Qeyd edək ki, 1994-cü ildə İsveçdən Estoniyaya gedərkən bərə nəhəng dalğalar arasında 45 dəqiqə ərzində batmış, 852 sərnişin boğulmuş, 137 sərnişin sağ qalmışdı.
Mehman Mehdiyev