Yeni Biləcəri lokomotiv deposunda “yaşıl enerji” tətbiq olunur.
Newscenter.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən bildirir ki, deponun dam örtüyündə 307 ədəd günəş paneli quraşdırılıb:
"İlin ilk yarımilliyində 37 min kVts elektrik enerjisi istehsal olunub. 10 min m3 təbii qaza qənaət edilib".
Səhmdar Cəmiyyətdən o da bildirilib ki, "yaşıl enerji"dən istifadə nəticəsində 26 ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.
R.Mehdiyeva