“Ermənistan sərhəddə monitorinq aparmaq, yaxud Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin qorunmasının adı altında vasitəçiləri yenidən diriltmək istəyir. Aİ Şurasının təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin görüşlərində də bu fikirlər dəfələrlə səsləndirilib”.
Bu fikirləri Newscenter.az-a AMIP-in Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, hansısa yeni vasitəçilik yaranarsa, bu Azərbaycanın qələbəsinin oğurlanması anlamına gələr:
“Odur ki, qətiyyən buna yol vermək olmaz. Bunun üçün əsas da yoxdur. Azərbaycan öz problemini özü çözməyə qadirdir”.
Anar Əliyev