Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanı fakt qarşısında qoymaqla geri çəkilməyə vadar etmək istəyirlər -ÖZƏL

Azərbaycanı fakt qarşısında qoymaqla geri çəkilməyə vadar etmək istəyirlər


"Ermənistandan Qarabağda yaşayan ermənilərə "humanitar yardım" adı altında yola salınan 19 yük dolu karvan Ermənistan sərhəd keçid məntəqəsini keçərək Azərbaycan sərhəd keçid məntəqəsinin qarşısına yaxınlaşıb. Bununla Azərbaycanı fakt qarşısında qoymaqla legitim və prinsipial mövqeyindən geri çəkilməyə vadar etmək istəyirlər".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Natiq Miri səsləndirib. O bildirib ki, buna qəti olaraq imkan vermək olmaz:

"Çünki karvan Azərbaycana buraxılarsa, ölkəmiz əleyhinə presedent yaradacaq və hər erməni havadarı olan ölkələrdən karvanlar davam edəcək ki, burda əsas qayə də yenidən Laçın yolunu su yoluna döndərmək istəyidir. İkincisi, belə güzəşt Azərbaycanın erməniləri blokadaya almaqla həqiqətən də ərzaq qıtlığı yaratdığının etirafı demək olacaq. Üçüncüsü, suverenliyimizin nə qədər kövrək, elastik olduğunu nümayiş etdirmiş olacağıq. Dördüncüsü, Qarabağ probleminin ədalətli həllinə mənfi təsir edəcək və bunun günahkarı da məhz özümüz olacağıq".

Anar Əliyev
Xəbəri paylaş