Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın yürütdüyü siyasətdə terrorizmlə mübarizə prioritet təşkil edir -ÖZƏL

Azərbaycanın yürütdüyü siyasətdə terrorizmlə mübarizə prioritet təşkil edir


"Artıq 100 ildən çoxdur ki, ermənilər türklərə və azərbaycanlılara qarşı terror aktı törədir və törətməkdədir. Ermənilərin saysız-hesabsız terror aktlarından biri də 1983-cü il iyulun 27-də Lissabondakı Türkiyə səfirliyində həyata keçirilib".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili bildirib ki, "Erməni İnqilab Ordusu"nun üzvləri Sarkis Abrahamyan, Setrak Acemyan, Vaçe Dağlıyan, Ara Kurcuhliyan və Simon Yahneyan Lissabondakı Türkiyə səfirliyinə daxil olaraq müvəqqəti işlər vəkilinin xanımı Cahidə Mıhıçoğlunu və 17 yaşlı oğlu Atasayı girov götürüblər:

"Diplomatın oğlu terrorçuların əlindən qaçmağa müvəffəq olsa da, həmin terror aktı nəticəsində 1 nəfər portuqaliyalı polis və Türkiyə səfirliyinin müvəqqəti işlər vəkilinin həyat yoldaşı 42 yaşlı Cahidə Mıhıçoğlu həlak olub".

Jalə Əhmədova deyib ki, Azərbaycanın yürütdüyü siyasətdə terrorizmlə mübarizə prioritet təşkil edir və Azərbaycan dövlətinin sərgilədiyi bu mövqe dünya birliyi tərəfindən yüksək dəyərləndirilir:

"Bunun tam əksini isə ermənilər nümayiş etdirir və hər il 27 iyul tarixində Türkiyə səfirliyinin binasını partladan terrorçuların “Lissabon 5” adlı anım mərasimini keçirir. Bu da onu göstərir ki, terrorizm Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir və Ermənistan terroru dəstəkləyən dövlətdir".

R.Mehdiyeva
Xəbəri paylaş