İctimai Tədqiqatlar Mərkəzinin rəhbri İlqar Altay övladını FETÖ-nün təsiri altına düşməsindən necə xilas etməsi barədə danışıb. Newscenter.az xəbər verir ki, İlqar Altay Fətullah Gülənin təşkilatını Azərbaycana girən gündən bəyənmədiyini diqqətə çatdırıb. O bildirib ki, vaxtı ilə övladlarından biri onların hazırlıq kursuna gedib:
"Uşaq onların bəzi xüsusiyyətləri, tələbləri haqda bir-iki söz dedi. Şübhələndim və dərhal gedib müəllimləri və rəhbərlərilə söhbət etdim. Gördüm, üzdən çox mədəni, məqsədləri təhsil görsənsə də, nəsə fərqli, sirli, gizli dini sekta, dərnək təsir bağışladı. İnsanları öz daxili aləmlərinə cəlb, çəkici təsirlli və tədbirli. Dərhal da ziyanlı təyin etdim, uşağı oradan götürdüm.
Sonradan, bəzi tanış dostların bəzi işgüzar türk vətəndaşları ilə əlaqələrdə olmaları və Fətullah Gülənin adını çəkəndə öncə 'əlehsalam' işlədib, onu peyğəmbər kimi təcəssüm etmələri qəribə gəldi. Sonra isə, Türkiyədəki məlum "darbedən" tam aydın edildi ki, bu, xüsusi siyasi hərəkatdır".
İlqar Altay deyib ki, indi, Türkiyədə FETÖ qanundankənar təhkükəli terror, ekstremist təşkilat kimi elan edilibsə də, bizim Azərbaycanda bu qərar yoxdur:
"Bu halda FETÖ ilə əlaqəli də olsa, vətəndaşı həbs etməyi hansı qanunla əsaslandırmaq olar? Söhbət heç də Qubad İbadoğlundan getmir, onda belə bir əlaqə olması boş şeydir. Söhbət həmin 5 nəfər vətəndaşdan gedir. Hansılar ki, DİN açıqlaması üzrə, FETÖ təşkilatı ilə əlaqələri olmalarına görə saxlanılıblar. Hansı qanuni əsasla edilib bu hal?
Bəlkə, bu əlaqə ilə bağlı Türkiyənin qanunlarını 5 şəxs pozubsa və bu Türkiyənin tələbi ilədirsə, işi Türkiyənin istintaqı, məhkəməsi aparacaqsa, bu başqa. Hər halda bu məsəlıyə izah verilməlidir".
Anar Əliyev