Azərbaycan diasporunda FETÖ şəbəkəsi formalaşıb. Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev çıxış edib.
O bildirib ki, Zamanında diasporamız milli adamların mübarizəsinə, çəkişməsinə şahid olurdu:
"Fuad Muradov milli adamları göndərdi, yerini FETÖ-çülərlə əvəzlədi. Diasporamız FETÖ-çülərlə zəngin imiş".
Rəşad Quliyev daha sonra bunları deyib:
"Xaricdən mənə göndərilən statuslara baxıram, heç vaxt daxili siyasi məsələlərə münasibət bildirməyən, hətta bir qədər laqeyid görünən şəxslər Qubad İbadoğlunu aktiv dəstəkləməyə başlayıblar. Onun ətrafında halqa yaratmağa başlayıblar".
Rəşad Qulyev qeyd edib ki, dövlətin qarşısında çətin və ağır proses başlayıb:
"Erməniyə qarşı, ETTELAT-ın zərbəsinə qarşı, yoxsa dövlətin dərinliyinə çökmüş üzdə vətənpərvər görünüb, ancaq "hoca əfəndidən" əmr alanlara qarşı mübarizə hədəfi dayanır".
Anar Əliyev