Ermənistan növbəti təxribata əl atıb. Belə ki, İrəvan Xankəndinə humanitar yardım adı altında yük maşınlarından ibarət kolonu Laçın sərhəd buraxılış məntəqəsinə göndərib.
Newscenter.az-ın xəbərinə görə. məsələ ilə bağlı fikirlərini bildirən politoloq Məhəmməd Əsədillazadə deyib ki, Ermənistan hakimiyyətinin humanitar yük adı altında maşın karvanının Qarabağa göndərilməsi təxribatdır. Onun sözlərinə görə, Laçınla sərhəddə dayanan yük avtomobillərini Azərbaycan sərhəddən buraxmamalıdır:
"Ermənistan bununla Azərbaycan üzərində psixoloji -siyasi üstünlük qazanmağı planlayır. Humanitar yüklərin yalnız sərhəddə Rusiya sülhməramlı qüvvələrinin yük avtomobilinə yüklənərək keçidinə izacə vermək olar. Bu, həlledici məqamdır. Ermənistan bununla Azərbaycana qarşı beynəlxalq təzyiqi formalaşdırmağa çalışır".
Politoloq deyib ki, Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ daxil olmaqla Azərbaycan ərazisini tanıyıb:
"Belə olan təqdirdə Ermənistan rəhbərliyi tərəfindən yüklərin göndərilməsi siyasi avantüradır. Azərbaycan artıq Ermənistandan Qarabağa daxil olan qaz, elektrik, internet və teleradio yayımını da kəsməlidir. Ermənistan və Qarabağdakı separatçılara güzəştə getmək, zəiflik və məğlubiyyət kimi qəbul ediləcək".
Mehman Mehdiyev