Erməni tərəfi Qarabağdakı məsələni "humanitar fəlakət" kimi təqdim edən təbliğatını xeyli gücləndirib. Bu arada Azərbaycan təəssüf ki, ictimai təbliğatda ənənəvi passiv və təsirsiz mövqeyini bu dəfə də təkrarlayır.
Newscenter.az xəbər verir ki, bu fikirləri QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy səsləndirib. Onun sözlərinə görə, Qarabağ mövzusu demək olar ki, erməni tərəfinin humanitar gündəliyi ilə yadda qalır:
"Halbuki mövzunu çox boyutlu gündəliklə ortaya qoymaq lazımdır. Eyni anda Qarabağdakı terröristlerin olduğu bütün hərbi hədəflərə PUA hücumu etmək lazımdır. Separatçı xunta rejiminin müəyyən üzvlərinə qarşı hüquq mühafizə orqanlarımız əməliyyat tədbirləri keçirməlidir. Laçın koridorundan keçidlər açılsa belə ordan keçəcək bütün mallara gömrük qanunvericiliyi ilə vergilər tətbiq edilməlidir".
Nazim Cəfərsoy deyib ki, Qırmızı Xaçın ancaq Bakı ofisinin prosesdə rol ala biləcəyi və bunun da şərtlərini ancaq Azərbaycanın müəyyənləşdirəcəyi elan edilməlidir:
"Qarabağdakı bütün banklara pul transferlərinin bloklanması üçün bütün tədbirlər alınmalıdır. Yoxsa yeterincə tədbirlər alınmır, ancaq ermənilərin hay küyü dünyanı götürüb".
Mehman Mehdiyev