"Avropa İttifaqının təxribatçı missonerləri Laçın sərhəd-buraxılış məntəqəsi yaxınlığında mövqe tutub azərbaycanlıların erməniləri necə "blokadada saxlaması", "beynəlxalq hüququ necə pozmasını" qeydə almağa hazırlaşırlar".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkilinin sözlərinə görə, bütün bunlar göstərir ki, humanitar böhran şousu səbəbsiz deyil:
"Ermənilər Ağdam-Xankəndi yolundan təsadüfən imtina etmir. Bu israrın kökündə hansısa "qürurlu davranış" dayanmır, baş verənlər sadəcə bir mərkəzdən idarə olunan anti-Azərbaycan fəaliyyətin, "fransız pensiyaçı polislər" isə bu ssenarinin bir hissəsidir".
Anar Əliyev