İran və İraqın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatı İsveç və Danimarkada Qurana qarşı edilən təhqirlərə görə fövqəladə iclas keçirəcək.
Newscenter.az İRNA-ya istinadən bildirir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani belə bir açıqlama ilə çıxış edib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın məsələ ilə bağlı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdüyünü ifadə edən Kenani, “İslam Əməkdaşlıq Təşkilatına rəsmi görüş sorğusu göndərilib. “Quran təhqir olunduğu üçün bu növbədənkənar iclasın bazar ertəsi onlayn keçirilməsinə qərara alınıb", deyə bildirib.
Mehman Mehdiyev