Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Minsk qrupunu diriltmək cəhdləri siyasi riyakarlıqdır -ÖZƏL

Minsk qrupunu diriltmək cəhdləri siyasi riyakarlıqdır


“Hər zaman olduğu kimi yenə də Qərb, Birləşmiş Ştatlar siyasi riyakarlığa yol verərək Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində ədalətdən, obyektivlikdən uzaq duraraq erməni maraqlarından çıxış edirlər. Elə keçmiş ATƏT-in Minsk qrupunun fəaliyyətini yenidən bərpa etmək, onu dirçəltmək üçün Qərb və ABŞ tərəfindən ortaya atılan ideya da bunu təsdiq edir”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki, Qərbin və Birləşmiş Ştatların Minsk qrupunu diriltmək cəhdləri mənasız bir cəhdir:

“Bu cəhd həm də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, iki ölkə arasında münasibətlərin normallaşmasına qarşı atılan addımıdır. Minsk qrupunu diriltməklə Qərb və ABŞ Bakı ilə İrəvan arasında mənasız, heç bir nəticəyə hesablanmayan və xidmət etməyən danışıqları, müzakirələri daha 30 il uzatmaq istəyir. Əgər Minsk qrupu səmərəli bir təsisat olsaydı, ötən 30 il ərzində problemin həlli istiqamətində cüzi də olsa irəliləyişə nail olardı. 30 il ərzində heç nəyə nail olmayan bir qurumu yenidən diriltmək heç bir sağlam məntiqə sığmır”.

İqbal Məmmədov deyib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə Minsk qrupunun görəcəyi işi görüb və bu qurumu tarixin arxivinə atıb:

“Ona görə də Azərbaycan tərəfi heç bir halda imitasiya xarakteri daşıyan, erməni maraqlarına xidmət edən bu cür təşəbbüslərin reallaşmasına heç bir halda imkan verməyəcək”.

Anar Əliyev
Xəbəri paylaş