Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nə Ermənistan, nə də Azərbaycan Rusiyanın vasitəçiliyində maraqlıdır -ÖZƏL

Nə Ermənistan, nə də Azərbaycan Rusiyanın vasitəçiliyində maraqlıdır


"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən görüş əvvəlki görüşlərdən fərqləndi. Moskva görüşünə Azərbaycan əlini gücləndirərək qatılmışdi. Rusiya da artıq reallıqlarla barışmalı oldu. Danışıqlarda Azərbaycanın irəli sürdüyü təkliflər fonunda danışıqlar davam etdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya da Azərbaycanın mövqeyini qəbul edir:

"Bu görüşdə Rusiyanın açıqlamalarına fikir versək, görürük ki, Moskva sülh sazişinə yaxın mövqe ortaya qoyur. Rusiya rəhbərliyi təşəbbüsün əllərindən çıxdığını, manipulyasiya öz əleyhlərinə işlədiklərinin fərqindədir. Nə Ermənistan, nə də Azərbaycan Rusiyanın vasitəçiliyində maraqlıdır. Ona görə də Moskva çalışır ki, ortaq mövqe ortaya qoysun".

Politoloq deyib ki, əvvəllər isə, Rusiya tam əks mövqe ortaya qoyaraq Azərbaycanın əksinə gedirdi:

"Hazırda isə, Azərbaycanın yaratdığı siyasi nizami və danışıqlar gündəliyini qəbul edir. Bu, Azərbaycan prezidenti İlham Əliyevin diplomatik qələbəsidir".

Mehman Mehdiyev
Xəbəri paylaş