Hindistandan alınan silahların İran ərazisindən Ermənistana daşınmasını dayandırmaq üçün Azərbaycan həmin silahları Ermənistan ərazisində məhv etməlidir.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Ermənistan danışıqlar adı altında vaxt qazanır:
"Azərbaycan qalıb ölkə kimi Ermənistanın silahlanmasına qadağa qoymalıdır. Bunu sülh müqaviləsinin şərti kimi tələb etməlidir. Ermənistana ordu saxlamaq qadağan edilməlidir. Çünki Ermənistan işğalçı ölkə olub, beynəlxalq qanunları pozub. İndi məğlub ölkədir. Ermənistanın hərbi cəhətdən idarə edilməsi Azərbaycanın nəzarətində olmalıdır. Dünya ictimaiyyəti bilməlidir ki, bu ölkə aqressordur və hərbi gücə sahib olmamalıdır".
Politoloq hesab edir ki, bu şəkildə siyasətimizi qurmasaq sonra gec olacaq:
"Yaxın müddətdə yeni müharibə qapıda olacaq. İndi daşınan silahlar məhv edilsə, həm bizim qətiyyətimizi görəcəklər, həm də yenidən buna cəhd etməyəcəklər".
Anar Əliyev