Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2016-2022-ci illərdə çap olunmuş təbliğat materiallarının 60%-dən çox hissəsi paytaxtın tibb müəssisələrinə paylanıb -ÖZƏL

2016-2022-ci illərdə çap olunmuş təbliğat materiallarının 60%-dən çox hissəsi paytaxtın tibb müəssisələrinə paylanıb


"Uşaqlarda yoluxucu xəstəliklər və onların immunoprofilaktikası üzrə 2018-2022-ci illərdə Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş davamlı tibbi təhsil tədbirləri yalnız Bakı şəhərində keçirilib",

Newscenter.az xəbər verir ki, bu göstərici Hesablama Palatasının uşaqların yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası sahəsində fəaliyyətin auditinə dair məlumatda əksini tapıb. Məlumatda bildirilib ki, nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və GEM tərəfindən 2016-2022-ci illərdə çap olunmuş təbliğat materiallarının 60%-dən çox hissəsi də paytaxtın tibb müəssisələrinə paylanıb:

"Nazirliyin rəsmi vebsaytında profilaktik peyvənd təqvimi yerləşdirilməyib, vətəndaşların peyvəndlər barədə SMS və ya mobil applikasiyalar vasitəsilə məlumatlandırılması təmin edilməyib. Tibb işçiləri arasında keçirilmiş sorğularda vətəndaşların peyvənd vurulmasından imtina səbəbləri kimi, peyvəndlərin mənşə ölkəsi, həmçinin yerli reaksiyalar və qısamüddətli qızdırma halları, bundan əlavə, uşaqlarda autizmə səbəb olmasına dair elmi əsası olmayan qənaətlərin göstərildiyi qeyd edilib ki, bu da immunlaşdırma sahəsində aparılan təbliğat fəaliyyətində yol verilmiş nöqsanlarla əlaqəli olmaqla nəticəliliyə təsir göstərib".

Sona
Xəbəri paylaş