"Afrika Rusiyanın iqtisadi boşluğunu dolduran ən mühüm regiondur. Dünyanın bütün super gücləri Afrikada yer alır. Ancaq ən üstünü hazırda Rusiyadır".
Newscenter.az xəbər verir ki, bu fikirləri konfiliktoloq Elman Vəliyev səsləndirib. O bildirib ki, "Ağ ayı" həm iqtisadi, həm siyasi, həm də dövlət idarəçiliyini mükəmməl bilir:
"Adam fikirləşdi ki, əgər soldan boşluqlar yaradırlarsa-"xarici güclər" sağdan ən yaxşısın seçməliyəm. Adam 2000-ci illərdə fikirləşib ki, gələcəkdə Rusiyanın iqtisadiyyatın zəiflətsələr, əsas üstünlüyü Afrikaya verməliyəm. Niyə Afrika? Qitənin nəyi yoxdur? Ağlıma bir şey gəlmir. Ən mühüm nəyi var? Qızılı və nefti. Afrika silah tədarükünün 50%-dən çoxunu Rusiyadan alır".
O deyib ki, Afrika uğrunda rəqabət daha da qızışacaq:
"Xüsusilə Fransa bölgədən Rusiyanı təcrid etməyə səy göstərəcək. Kontinent artıq Fransadan üz çevirib. Rusiya ilə yanaşı Çin də "hörümçək toru" nu işə salıb.
Rusiya xaricdəki sütunlarını qorumaq üçün milyonlar xərcləyir. SSRİ bu səhvə görə uçuruma getdi. Amma Putin Vaqneri Afrikada özü-özünü tənzimləyici bir sistemə cəlb edib. Belə deyim, Vaqner Afrikanın təhlükəsizlik təhdidinə qalxan rolunda çıxış edir, Afrikada onun ehtiyaclarını ödəyir. Afrikadan başqa digər yerlərdə(məsələn, M.Asiyada, Qafqazda) bunu edə bilməzdi".
Elman Vəliyev onu da deyib ki, Rusiyanı bu cür çökdürmək çətindir:
"Rusiyanı məhv etmək deyə bir anlayış da absurddur. Əsas məqsəd(mənə görə) Çinin vahid güc olmasına maneə olmaqdır. NATO-ya güclü bir rəqib birliyin olmamasıdır. Bəs belə bir sual da yaranır ki, bunlara təzyiqlər edirlər və nəticədə BRİKS gücləndi. Bunu fikirləşməmişdilər? Məncə bilirdilər, amma əlac yox idi".
Anar Əliyev