Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın təxribatının arxasında Fransa dayanıb -ÖZƏL

Ermənistanın təxribatının arxasında Fransa dayanıb


"Ermənistan Azərbaycana rəsmən müraciət etmədən humanitar yük adı altında Xankəndinə maşın kolonunu təşkil etməsi, ölkəmizin ərazi bütövlüyünü tanımadığının nümayişidir. Bununla da beynəlxalq müstəvidə Azərbaycana təzyiqlərin artırılmasına hesablanıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, baş verənlərin arxasında Fransa dayanmaqla yanaşı, bu proses Rusiyanın maraqlarına xidmət edir:

"ABŞ və Avropa İttifaqı bu məsələdə, ərazi bütövlüyü məsələsində mövqe ortaya qoymalıdır. Azərbaycan Laçın yolunda sərhəddə NBM qurduqdan sonra, heç bir dövlətin vətəndaşı və yük maşını Azərbaycan ərazisinə qanunsuz daxil ola bilməz".

Politoloq deyib ki, Ermənistanın bu təxribatçı siyasəti birbaşa danışıqlar prosesini sabotaj etməkdir:

"Azərbaycan qəti şəkildə yük maşınlarının Laçın NBM keçidinə izacə verə bilməz. Ağdam -Xankəndi yolu ilə yüklərin daşınması üçün yol açıqdır. Ermənistanın Azərbaycan ərazisinə keçidə cəhd etməsi tam qanunsuzdur. Bütövlükdə bu addım separatizmə dəstəkdir. Ona görə də buna qətiyyən icazə vermək olmaz".

Mehman Mehdiyev
Xəbəri paylaş