Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Haqlı olduğumuz halda bizi haqsız duruma sürükləmək istəyirlər -ÖZƏL

Haqlı olduğumuz halda bizi haqsız duruma sürükləmək istəyirlər


Ermənistandan Qarabağa göndərilən yüklər saatlardır sərhədə yaxın ərazidədir. Düşünürlər ki, yüklər günlərlə sərhəddə ilişib qalsa böyük dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycana təzyiqi artacaq və rəsmi Bakı yüklərin Laçından keçidinə icazə vermək məcburiyyətində qalacaq.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, bır sıra mərkəzlərin və xarici diplomatların Azərbaycan əleyhinə açıqlamaları artıb, haqlı olduğumuz halda bizi haqsız duruma sürükləmək istəyirlər:

"Burada bizim də günahımız var, haqlı olduğumuzu beynəlxalq aləmə ya izah edə bilmədik, ya da passiv olduq, ermənilərsə həmişə kimi Azərbaycana qarşı var gücləriylə təxribat maşınını işə salıblar. Bütün hallarda iki yolları var. Yüklər günlərlə sərhəddə qaldıqdan sonra ya geri qaytarılacaq, ya da Ağdam variantına razılaşmaq məcburiyyətində qalacaqlar. Fikrimcə, Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası yüklərin Ağdam üzərindən çatdırılmasına etiraz etməz, məqsəd Qarabağ ermənilərinə yüklərin çatdırılmasıdırsa, İrəvan üçün yolun fərqi olmamalıdır. Ancaq radikal erməni qüvvələri hesab edirlər ki, 1)yüklər Ağdam ərazisindən çatdırılsa, bu İrəvanın və Qarabağ ermənilərinin faktiki Azərbaycanın ərazi bütövlüyünü tanıması anlamına gələcək; 2)Laçın yolunun “dəhliz” statusunun ortadan qaldırılmasıyla barışacaqlar".

Mehman Mehdiyev
Xəbəri paylaş