Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hindistan regionda kifayət qədər təhlükəli siyasət həyata keçirir -ÖZƏL

Hindistan regionda kifayət qədər təhlükəli siyasət həyata keçirir


"Hindistan Ermənistanı silahlandırmaqla regionda kifayət qədər təhlükəli siyasət həyata keçirir".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadənin sözlərinə görə, rəsmi Bakı diplomatik kanallar vasitəsilə Dehliyə məsələ ilə bağlı narahatlığını və etirazını bildirdi:

"Lakin hadisələrin inkişafı onu deməyə əsas verir ki, Cənub Şərqi Asiya ölkəsi məlum siyasi tutumunda israrlıdır. Və İrəvana hədiyyə etdiyi hərbi avadanlıqların mütləq əksəriyyəti məhz hücum silahlarıdır. Azərbaycan, Türkiyə, Pakistan müttəfiqliyinin güclənməsi və hər üç ölkənin vaxtaşırı olaraq birgə hərbi təlimlər keçirməsi Modi hökumətini narahat etməyə bilməz. Hindistanı Ermənistana yaxınlaşdıran digər bir məqam isə Azərbaycanın Camu və Kəşmir məsələsində hər daim İslamabadın haqlı mövqeyini müdafiə etməsidir ki, Dehli buna qarşılıq olaraq cavab vermək arzusundadır. Ermənistanın isə müharibə strategiyası ikinci Qarabağ müharibəsindən hər kəsə bəllidir. Onlar müharibə zonasından kənar yaşayış məntəqələrini hədəf almaqdan geri durmurlar və alınan silahların xarektiriktikası da məhz bu məqsədlər üçün müsbət seçimdir".

Anar Əliyev
Xəbəri paylaş