Qaraciyər Metabolizmanın Mərkəzi Orqanıdır.
Newscenter.az-ın xəbərinə görə, Qaraciyərin Tədqiqi üzrə Avropa Assosiasiyasının üzvü, qastroenteroloq, hepatoloq Aysel Əskərova deyib ki, əksər dərmanlar qaraciyər tərəfindən asanlıqla qəbul edilən, lakin öd və ya sidiklə asanlıqla dəyişmədən xaric edilə bilməyən lipofilik birləşmələrdir:
"Sitotoksik kimyaterapiyanın qaraciyərin funksiyasına təsirinə nəzarət etmək və önləmək çox zəruridir. Ən zəruri olan məqamlardan biri də kimyaterapiyadan öncə xəstələrin öd və öd yollarında olan problemlər öncə müyyən olunmalıdır. Əgər problem varsa mövcud problem aradan götürülməlidir. Yalnız o halda uğurlu kimyaterapiya sonuclarını əldə etmək olar".
Aysel Əskərova sonda onu da qeyd edib ki, uğurlu müalicə üçün xaricə getmək lazım deyil, sadəcə bilikli həkimlərə rast gəlmək lazımdır.
Anar Əliyev