“Bakı şəhərinin rayonları və ölkə üzrə immunoprofilaktika fəaliyyətinə cəlb edilən tibb müəssisələri və sahə həkim-pediatrlarının sayı əhali sayına qeyri-mütənasib paylanmış, “Pediatriya” və “Yoluxucu xəstəliklər” ixtisasları üzrə kadr təyinatları əsasən Bakı şəhərinin müəssisələri üzrə həyata keçirilib”.
Newscenter.az-a Hesablama Palatasından bildirilib ki, ölkə üzrə 74 Epidemiologiya Mərkəzində (GEM) ştat cədvəli üzrə 144 həkim-epidemioloq ştatından təxminən yarısı vakant olub:
“Aparılan sorğularda bu meylin həm də əmək haqqı səviyyəsi ilə əlaqəli olmasının qeyd edilməsini də diqqətə alsaq, ştat sayına yenidən baxılması və ya bu vakant yerlərin tutulması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi vacibliyini qeyd etmək imkanı verir”.
Sona