Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya ilə Azərbaycanı qarşı-qarşıya gətirməyə çalışırlar -ÖZƏL

Rusiya ilə Azərbaycanı qarşı-qarşıya gətirməyə çalışırlar


Paşinyan hakimiyyətinin "Qarabağa humanitar yük göndərməsinin" Ermənistan iqtidarı baxımından müxtəlif siyasi faydaları var

Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy verib. O bildirib ki, əvvəla, Qarabağ ermənilərinə "sizin üçün əlimizdən gələni edirik." mesajı verirlər:

"İkincisi, Azərbaycanı beynəlxalq arenada "humanitar yardıma imkân verməyən ölkə" kimi xarakterizə edirlər. Üçüncü, Qarabağda vəziyyətlə bağlı özləri yerinə Rusiyanı ittiham altına qoyurlar".

Nazim Cəfərsoy qeyd edib ki, bu məsələ üzərindən Rusiya ilə Azərbaycanı qarşı-qarşıya gətirməyə, bu münasibətləri mümkün qədər gərginləşdirməyə çalışırlar:

"Bu mövzuda maksimum diqqətli və ağıllı hərəkət etmək çox vacibdir. Ermənistan müxalifətinin Paşinyana hücum imkanlarını məhdudlaşdırırlar. Qarabağda problemlərin gündəliyini qanunsuz silahlı birliklərdən və minalardan "humanitar fəlakət" iddiası üzərinə yönləndirib, Azərbaycanla müzakirələrdə erməni azlığın hüquq və təhlükəsizliyi mövzularında manevra imkanı yaratmağa çalışırlar".

Anar Əliyev
Xəbəri paylaş