Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb


Sabah Bakıda 33, rayonlarda 37 dərəcə isti olacaq.

Bu barədə Newscenter.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Eyni zamanda sabah Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23° isti olacaq.

Sona
Xəbəri paylaş