"Ermənistanın silahlandırılmasını həyata keçirən Fransa, Hindistan və İran regionda anti-Azərbaycan koalisiyası qurublar".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Hindistanın Ermənistana silah satışında birbaşa Fransa rol oynayır:
"Çünki, Ermənistana göndərilən silahlar Fransa şirkətinin lisenziyası ilə istehsal edilir. Hindistandan göndərilən silahlar İran vasitəsilə Ermənistana silahların daşınmasını həyata keçirir. İran rejimin bu siyasəti, son günlər Azərbaycanla münasibətlərdə müsbət yeni mərhələyə keçidin üstündən xətt çəkdi.
Demək olar ki, anti-Azərbaycan siyasəti hardadir,Tehran rejimidə oradadır. İran rəhbərliyinin Ermənistana silah tranzitinə şərait yaratması, sülh prosesinə mane olmaqdan ibarətdir. Azərbaycan Tehran rejiminə nota verməlidir. Ümumiyyətlə, Ermənistanın silahlandırılması status -kvonu dəyişmək iqtidarında deyil. Növbəti hərbi toqquşma, Ermənistanın ərazi itkisi ilə nəticələnəcək".
Mehman Mehdiyev