Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan müharibəni qazandığı kimi sülhü də qazanacaq-ÖZƏL -ÖZƏL

Azərbaycan müharibəni qazandığı kimi sülhü də qazanacaq-ÖZƏL


"Torpaqlarımız işğalda olan müddətdə hansısa dövlətlərin və beynəlxalq təşkilatların ərazi bütövlüyümüzü tanıması və Ermənistanın təcavüzünü qınaması üçün bəyanatlar verməsinə, qətnamələr çıxarmasına çalışırdıq. Belə sənədlərin torpaqlarımızın işğaldan azad olmasına birbaşa təsiri olmasada, (yəni Ermənistan bunları icra etmədi, heç bunlara görə də ona təzyiq də göstərilmədi) amma bizə gələcəkdə (27 sentyabr 2020-ci ildə) BMT Nizamnaməsinin 51-ci maddəsinin (hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir) icrası üçün hüquqi imkanlar yaratdı".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yalçın Hacızadə səsləndirib. O deyib ki, qələbədən sonra da Ermənistan və qondarma rejim hər vəclə özünü əzilmiş, Azərbaycanda yaşayan ermənilərin blokada da qaldığını dünyaya “nümayiş” etdirməyə çalışır. Bununla da bizə qarşı hər hansısa bəyanatın və qətnamənin qəbul olunmasına nail olmaq istəyirlər:

"Biz 30 ildə gördük ki, beynəlxalq ictimaiyyətin sözünün, bəyanatının, qətnaməsinin arxasında hər hansısa bir real güc, təsir, fiziki müdaxilə yoxdursa, deməli nəticəsi də olmayacaq. Bölgəmizə də fiziki müdaxilə edə biləcək ölkə yalnız Rusiya idi ki, onu da Türkiyə ilə zərərsizləşdirərək qələbəni təmin etdik. İndi də Ukrayna müharibəsi ilə özünü gücdən və gözdən salıb".

Politoloq hesab edir ki, ona görə Laçın yolunun bağlanmasına və alternativ olaraq Ağdam – Xankəndi yolunun təqdim olunmasına görə ermənilərin hay-küyünə görə narahat olmaq lazım deyil:

"Əlbəttə, bütün bunların təşkil olunmasında Rusiyanın da rolu var. Çünki Ağdam – Xankəndi yolunun təqdim olunmasında məqsədimiz erməniləri sülhə məcbur etməklə tərbiyələndirməkdirsə, eyni zamanda “sülhməramlıların” daşıdığı yükləri nəzarətdə saxlamaqla onların fəaliyyətini də məhdudlaşdırmaqdı. Beynəlxalq ictimaiyyət, əsasən də ABŞ erməni yalanlarına “inanmaq” istəsə də, “sülhməramlılara” qarşı tədbirlərimizə görə “blokada” hay-küyünü görməzdən gələcək".

Politoloq deyib ki, uzun müddətdən sonra öz sərhədlərimizi qorumaq, buraxılış rejimi tədbiq etmək imkanı əldə etdik:

"Qonşu ölkəylə sərhəd buraxılış rejimini necə quracağımız, hardan təşkil edəcəyimiz bizim hüququmuzdur.
Həkəri körpüsündə Azərbaycan sərhəd buraxılış məntəqəsinin qurulması ilə ermənilərin “müstəqillik” və Miatsum ideyaları rəsmən ölmüş oldu. Azərbaycan müharibəni qazandığı kimi sülhü də qazanacaq. Sadəcə olaraq “Humanitar fəlakət” kimi iddialar bu prosesi gecikdirə bilər, meydanda yeni reallıqlar yarada bilməz".

Anar Əliyev
Xəbəri paylaş