Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir partiya rəhbərinin ciddi siyasi lider xülyası ilə yaşaması absurddur -ÖZƏL

Bir partiya rəhbərinin ciddi siyasi lider xülyası ilə yaşaması absurddur


Öz yolunu hələ də müəyyən edə bilməyən bir təşkilat, bir partiya rəhbərinin ciddi siyasi lider xülyası ilə yaşaması isə absurddur.

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, məhz belə xülyalarla yaşamaq Qubad İbadoğlunu avantürist davranışlarını davam etdirməyə və Qərbdəki himayədarlarının, “donor”larının sifarişlərini, göstərişlərini yerinə yetirməyə sövq etdi:

"Onun BİZ TV üzərindən politikan-bloger kimi Azərbaycan hakimiyyətinə qarşı çıxışlar etməsi də həmin himayədarlarının göstərişlərinin nəticəsi idi. Qubad İbadoğlu internet “bazar”ının imkanlarından yararlanıb “vətənpərvər” obrazında çıxış edərək, təxribat və təhrik xarakterli addımlar atmağa başladı, virtual “siyasi ulduz”a çevrilməyə can atdı. Bu da onun sadəcə populist olduğunu, psevdosiyasətçiliyini göstərir. Qubad İbadoğlu siyasi partiya sədri kimi uğursuzluğunun əvəzini bu yolla kompensasiya etməyə çalışırdı".

Anar Əliyev
Xəbəri paylaş