"Bu gün kişilərin çoxu yaltaqlığa meyllidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, yaltaqlıq qədimdən mövcud olub:
"Ta qədimdən belə insanlara müvəqqəti yer veriblər. Daha sonra iç üzü açılıb və həmin adam öz-özlüyündən uzaqlaşıb. Gec-tez bu belə də olacaqdır".
Əli İbrahimov deyib ki, hər şey savaddan irəli gəlir:
"Bu gün pul verib xidmədə müxtəlif vəzifə tutanlar vaxtında savad almalı idi. Sıralarımızda elə vəzifə sahibləri var ki, yazı yazır, anlamaq qeyri-mümkündür. Bunlar vəzifəyə pul hesabına irəli cəkilənlərdir. Əgər vəzifəli şəxslər savadlı olmasa xidmət uçuruma gedər. Yalnız savadlı şəxslər bu xidməti irəli apara bilər".
Mehman Mehdiyev