Podratçı şirkətlərin fəaliyyəti zamanı qarşılaşdıqları çətinliklər, işlərinə kənar müdaxilə hallarının qarşısının alınması, şəffaflığın təmin olunması və digər məsələlər müzakirə edilib.
Newscenter.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti SOCAR “Azəriqaz” İstehsalat Birliyi ilə birgə qaz təsərrüfatı sahəsində tikinti-quraşdırma işlərini həyata keçirən podratçı şirkətlərin nümayəndələri ilə görüş keçirib.
Görüşün keçirilməsində əsas məqsəd podratçı şirkətlərin işlərinə kənar müdaxilə hallarının qarşısının alınması, şəffaflığın təmin olunması və onları narahat edən məsələlərin müzakirəsi olub.
Görüşdə podratçı şirkətlərin nümayəndələrinin üzləşdiyi çətinliklər dinlənilib, onların həlli istiqamətində fikir mübadiləsi aparılıb və müvafiq təkliflər verilib.
Sona