"Elan edildiyi kimi ermənilərin Azərbaycan hava məkanına müdaxilə etməsi və bunun müqabilində sərnişinlərin həyatını təhlükəyə atması terror cəhdidir və bunun cavabı terrorçulara göstərilən münasibət kimi olmalıdır".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səslənedirib. O bildirib ki, erməni canilərinin terrorçu mahiyyəti yenə üzə çıxır:
"Ermənilər terroru bir peşə kimi yaxşı bilirlər və bu hərəkətlə də bunu sübut edirlər. Adi insan belə bilir ki, təyyarənin uçuşuna radiomüdaxilə etmək və ya onu kəsmək qəza ilə nəticələnə bilər. Bunu bilə-bilə etmək isə bilavasitə terror aktı törətməkdir. Yaxşı ki, pilotların ustalığı bu terror hərəkətlərinin qarşısını alıb. Əgər qəza baş verməyibsə, bu, pilotlar sayəsində olub, erməni tərəfi bunu terror etmək üçün qəsdən edib və dəfələrlə də buna cəhd edib.
İlk növbədə Azərbaycan tərəfi bu terror aktlarının törədilməsinə cəhd edilən ərazini və qurğuları məhv etməlidir. Təbii ki, qurğuları işlədən terrorçularla birlikdə".
Politoloq qeyd edib ki, Rusiya sülhməramlılarına da xəbərdarlıq edildiyi, amma tədbir görülmədiyi qeyd edilib:
"Ruslara da bu terror aktına bir daha cəhd edilərsə, ermənilərlə yanaşı onların da bunda məsul tutulacağı bildirilməlidir. Azərbaycan tərəfi bu faktları ciddi qəbul edib, qarşısını almalıdır. Əks təqdirdə təyyarələrdən birinin qəzaya uğraması olarsa, artıq gec olacaq. Sonra nə qədər erməni məhv etsək də, heç bir mənəvi dəyəri olmayacaq. Gedən bizdən gedəcək. Terrorçular məhv edilməlidir".
Anar Əliyev