"Tarixdə yaxşı hadisələr də yaşadılır, qəddarlıqlar da. Yaxşı hadisələr bəşəriliyin, qəddarlıqlar faşist meyillərinin, faşizmin, vandallığın əlaməti kimi xatırlanır. Erməni xisləti tarixən bəşəri düşüncələrin düşməni olub. Bəşəriyyəti heyrətə gətirən də bu düşmənçiliyin yaşadılması, onunla qürurlanılması meyilidir. Ermənilik dünyəvi dəyərlərdən uzaqdır. Bunu bilən dünya dövlətləri belə qorxulu məqamlara ciddi münasibət bildirmir. Niyə? Düşündürücü sualdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva səsləndirib. Millət vəkili vurğulayıb ki, 1983-cü il iyulun 27-də Sarkis Abrahamyan, Setrak Acemyan, Vaçe Dağlıyan, Ara Kurcuhliyan və Simon Yahneyan Lissabondakı Türkiyə səfirliyinə daxil olaraq müvəqqəti işlər vəkilinin xanımı Cahidə Mıhıçoğlunu və 17 yaşlı oğlu Atasayı girov götürmüşlər:
"Portuqaliya Baş naziri Mario Soares hadisəni nəzarət altına almış və hadisə yerinə göndərdiyi 170 polis səfirliyin binasını mühasirəyə almışdır. Terrorçular diplomatın xanımını və bir Portuqaliya polisini qətlə yetirərək özləri ilə bərabər binanı partlatmışlar. Hadisəyə ABŞ Prezidenti Ronald Reyqan da münasibət bildirmişdir. Terrorçuların xanımı qətlə yetirmələri onu xüsusilə təsirləndirmişdir. O demişdir: “Biz digər ölkələrin hökumətləri ilə birgə çalışaraq buna birdəfəlik son qoyacağıq.” ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü Oliver North terrorçuların neytrallaşmasına yönəlmiş Milli Təhlükəsizlik Qərarları Direktivi (MTQD) hazırlamışdır. 138 nömrəli həmin MTQD Amerikanın özünü terrorçulardan qoruma hüququnu özündə saxlamaqdadır".
Deputat diqqətə çatdırıb ki, “Lissabon 5” budur. Belə bir qəddarlığı erməniliyə qürur ünvanlarından hesab etmək əlbəttə ki, bəşəriliyə düşmənçilikdir:
"Hər il iyulun 27-də Ermənistan ictimaiyyəti “Lissabon 5” adlı anım mərasimi keçirir. İnsanlığa yad olan belə bir anım tədbirinin hər il keçirilməsinin (anılan kimdir? – beynəlxalq cinayətkarlar), belə bir faciəni törədənlərlə qürurlanılması dünyəviliyə xəyanətdir. Bu baxımdan ermənilik dünyəviliyə xəyanətin ifadəsidir. Belə bir tədbirdə Amerika Birləşmiş Ştatlarında, Fransada, Livanda yaşayan ermənilər də iştirak edir. Yəni erməniliyin miqyası genişdir.
Dünya ictimaiyyətinin bu kimi hadisələrə ciddi etiraz etməməsi, müəyyən mənada, erməniliyin tərəfini saxlamaq deyilmi? Bir azərbaycanlı ziyalı kimi, Vətənini və dünyəviliyi, bəşəriliyi sevən bir insan kimi bəşəriyyəti bir daha xəbərdar edirəm: faşist xislətinə vaxtında “Yox!” deyilməlidir!".
Anar Əliyev