“Fransa dövləti, Avropa Komissiyası ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirən açıqlama ilə çıxış edir. Buna qarşı isə Diasporla İş üzrə Dövlət Komitəsi heç bir addım atmır”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev çıxış edib. O bildirib ki, Komitə sədri Fuad Muradovun Amerikada, Avropadakı Koordinasiya Şuraları fəaliyyətsizdir:
“Fransada diasporamız susqun, başqaları da Diaspora Turizm Komitəsinin dəstəyi ilə Şuşa turlarında. Fuad Muradovu tərifləyən trollar ordusu niyə Avropa Komissiyasının səhifəsinə girib etiraz mesajları yazmırlar? Yoxsa Muradov üçün şəxsi nüfuzu dövlətin nüfuzundan daha vacibdir?”
Rəşad Quliyev qeyd edib ki, Azərbaycan Prezidenti və XİN meydanda savaşırlar:
“Komitə isə turizm səfərləri ilə gördüyünü göstərməyə çalışır”.
Anar Əliyev