"Bu gün gənclər dövlətimizin gələcəkdəki gücüdürlər".
Newscenter.az xəbər verir ki, bu fikirləri “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İB-nin sədri Lamiyə İsazadə səsləndirib. Onun sözlərinə görə, dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, bu gün vətənə bağlı, dövlətə sadiq, ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil etmək gücündə olan savadlı, vətənpərvər gənclərimiz yetişir və cəmiyyətdə öz layiqli yerlərini tuturlar:
"Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, bütün xalqımız üçün eləcə də gənclərimiz üçün böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, döyüş meydanlarında zəfər qazanmış müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Məhz buna görə hər bir Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir".
Mehman Mehdiyev