"Geopolitika çevik və qətiyyətli davranmağı tələb edir. Ermənistanın baş naziri Nikol Paşinyanın Laçın yoluna 19 TIR göndərilməsinə hazırlaşdığı məlum olanda Azərbaycanın Ağdam-Xankəndi yoluna artıq 50 TIR sıralamış olması lazım idi".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elçin Xalidbəyli səsləndirib. O bildirib ki, geopolitika rəqibi və düşməni qabaqlamaq sənətidir:
"Belə işləri sadəcə, yalnız XİN rəsmilərinin fərdi açıqlamaları ilə yürütmək yetərli olmur. Müxtəlif manevrlər də etmək vacibdir. Ancaq hələ də qətiyyən heç gec deyil".
Anar Əliyev