"Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımadığını məhz humanitar yük adı altında Laçın sərhəddində spekulyasiya etməsində aydın görünür. Əgər, Ermənistan rəsmi səviyyədə Azərbaycana müraciət edib, xahiş etsəydi, müəyyən irəliləyişlər əldə oluna bilərdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, amma, nümayişkarana, Azərbaycana beynəlxalq təzyiqin formalaşdirma çün bu siyasətdən istifadə edir:
"Ona görə də Azərbaycan qəti şəkildə Laçın yolundan istifadəyə icazə verməməlidir".
Politoloq deyib ki, bu, Azərbaycan üçün milli təhlükəsizlik və prinsipial məsələdi:
"Bu, ikinci Qarabağ müharibəsindən sonra Ermənistanın Azərbaycana qarşı hibrid savaşının kuliminasiya nöqtəsidir. Biz bu diplomatik -siyasi və psixoloji savaşda qalib gəlməliyik. Prezident İlham Əliyevin bu məsələdə milli təhlükəsizlik maraqlarını rəhbər tutaraq Ermənistana və onun havadarlarına qalib gələcək".
Anar Əliyev