"Ermənistanın Azərbaycan Laçın Sərhəd Buraxılış Məntəqəsinə (SBM) hücumundan sonra, eləcədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin (BQXC) Xankəndiyə erməni separatçılarına kontrabanda, hərbi təyinatlı malları daşıması faktı aşkar ediləndən sonra, Laçın SBM-nin bağlanması və Azərbaycanın Laçın yoluna alternativ təchizat yolu kimi Ağdam-Xankəndi yolunu təklif etməsi Qarabağ məsələsinin tam həlli üçün olduqca vacib praktik mərhələdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyasının Siyasi Şurasının üzvü, hüquqşünas Vüqar Dadaşov səsləndirib. O bildirib ki, Laçın yolunun bağlanması və Ağdam-Xankəndi yolunun alternativ yol kimi təklifinə demək olar ki, bütün dünyanın ermənipərəst qüvvələrini hər istiqamətdə hərəkətə keçirib. Laçın yolunda SBM-nin qurulması və məlum erməni təxribatlarından sonra isə yolun bağlanması, Ağdam-Xankəndi yolunun təklifi ətrafında yaranmış beynəlxalq situasiya Azərbaycana təzyiqləri artırmış olsa da heç bir effekti olmayacaq, ancaq Azərbaycan üçün çox əhəmiyyətli siyasi nə psixoloji nəticələrə səbəb olacaq:
"Məlumdur ki, Azərbaycan beynəlxalq hüquqa əsasən öz əraziləri üzrə qəbul etdiyi bütün qərarları hakim qüvvəyə malikdir və heç bir təzyiq vasitəsi Azərbaycanı Laçın yolunu açmasına, Ağdam-Xankəndi yolu təklifinin reallaşdırmasından çəkindirə bilməz. Və sözsüz ki, Ağdam-Xankəndi yolu təklifinin qəbul edilməsi çox da böyük zaman məsələsi deyil. Ən əsas səbəb isə Xankəndi və ətraf ərazilərin təcrid formasında uzun müddətdə qalması erməni separatçı reyiminə elə ermənilərin özü tərəfindən böyük problemlər vəd edir.
Separatçı rejim isə bu vəziyyətdə öz inadını çox uzada bilməz. Ancaq bir məqamı unutmaq olmaz. Xankəndidə separatçı rejimin təchizatla bağlı dözümünün uzanmasına rus "sülhməramlı"ların nəzarətsiz istifadə etdiyi Xocalı aeroportu mühüm rol oynayır. Əlbəttə ki, Azərbaycanın Xocalı aeroportu ilə bağlı nəticəli hərəkətə keçdiyi şübhəsizdir.
Ermənilərin və onları dəstəkləyən ermənipərəst qüvvələrin Ağdam-Xankəndi yolundan istifadəsi ətrafında yaratmış oldu vəziyyətin elə ermənilərin özü üçün regionu tezliklə və perspektivdə tərk etməsi üçün amilə çevrilməsi Azərbaycanın maraqları daxilindədir. Prosesin uzanması siyasi nəticələrinə görə də rejimin siyasi dayaqlarını, separatçı rejimin idarəetmə sistemini məhv edir. Zamanın Azərbaycanın xeyrinə işləməsi şübhəsizdir və əlbəttə ki, Azərbaycanın əyilməz siyasi iradəsi qarşısında".
Anar Əliyev