Daşqın Ələm oğlu İskəndərov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib.
Newscenter.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamları ilə Bədəl Şamil oğlu Bədəlov və Xalik Rəfi oğlu Məmmədov da Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.
Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.
Sevinc Mehdiyeva