Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətənpərvərlik televizyada və KİV-lərdə başlıca prinsip olmalıdır -ÖZƏL

Vətənpərvərlik televizyada və KİV-lərdə başlıca prinsip olmalıdır


"Vətənpərvərlik televizyada və KİV-lərdə başlıca prinsip olmalıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İB-nin sədri Lamiyə İsazadə səsləndirib. O bildirib ki, vətənpərvərlik məfhumu boğazdan yuxarı deyilmiş söz kimi başa düşülməməli, yaxud da əldə silah səngərdə dayanmaq kimi anlaşılmamalıdır:

"Vətənpərvərlik sahəsindən və istiqamətindən asılı olmayaraq mənsub olduğun dövlətin, millətin maraqlarına xidmət deməkdir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu gün televiziyada nümayiş olunan proqramların əksəriyyəti vətənpərvərlik məfhumundan çox uzaqdır. Reytinq xatirinə televiziyaya yaraşmayan şou proqramlar göstərilir, gənclərimizi başqa istiqamətlərə yönəldirlər. Nə yaxşı ki, indiki gənclərimiz televiziyadakı heç bir şou proqramı izləmirlər. Vətənpərvərlik məfhumu sadəcə dövlət kanallarımızda insanlara aşılanır".

Lamiyə İsazadə deyib ki, digər özəl kanallar öz bildiklərini edirlər:

"Bu gün çox sayda KİV-lər məqsədli şəkildə milli dəyərlərimizə yaraşmayan xəbərlər işıqlandırır. Vətənpərvərliyi deyil, sanki başqa şeyləri təbliğ edirlər. Gənclərimiz sosial şəbəkələrdə daha çox vaxt keçirdikləri üçün, həmin KİV-lərin işıqlandırdıqları xəbərlərə istər-istəməz rast gəlirlər. Bu da gənclərimizin tərbiyəsinə, onların sağlam ruhda böyümələrinə mənfi təsir göstərir. Kaş ki, 1998-ci ildə mətbuatımızda senzura ləğv edilməzdi. Düzdür, senzuranın ləğvi demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə və mətbuatın dirçəlməsinə güclü təkan verdi. Lakin, söz və mətbuat azadlığından indiki bəzi KİV-lər və kanallar öz şəxsi maraqları üçün istifadə edirlər".

Anar Əliyev
Xəbəri paylaş