Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumat Dövlət Departamentinin saytında əks olunub. Bildirilib ki, telefon danışığı zamanı dövlət katibi Blinken Dağlıq Qarabağdakı humanitar vəziyyətdən dərin narahatlığını bildirib.
Birləşmiş Ştatların dövlət katibi humanitar yüklərin Dağlıq Qarabağ əhalisinə çatdırılması üçün alternativ marşrutlar üzrə kompromislərin zəruriliyini vurğulayıb.
Blinken tərəflərin sülh danışıqlarında müsbət sürəti davam etdirməsinin vacibliyini vurğulayıb.
Anar Tağıyev