"Ermənistan separatizminin qatı qatillərindən biri kimi tanınan, birinci Qarabağ müharibəsi zamanı Xocalının Meşəli kəndində 25 azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirən və 14 nəfəri yaralıyan erməni millətçisi, hərbi cinayətkar və qatı qatil Xaçaturyan Vaqif Çerkezoviç bu gün, (dünən), Azərbaycan hərbiçiləri tərəfindən, Laçın sərhəd keçid məntəqəsində saxlanılaraq həbs olunub . Bu hadisə özlüyündə sübut edir ki, bu ərazilərin, torpaqların sahibi bizik və bu torpaqlarda Azərbaycan respublikasının qanunları qüvvədədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, nə Rusiyanın sülhməramlı qüvvələrinin, nə də Avropanın hansısa təşkilatının missiyası çərçivəsində həyata keçirilən qaydalar və şərtlər bu cinayətkarları Azərbaycan respublikasının qanunlarının əlindən ala bilməz.
Anar Əliyev