Şamaxı şəhəri daxil olmaqla, rayonunun 1 qəsəbəsinin və 13 kəndinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 31.07.2023-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək “Şamaxı” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Newscenter.az "Azəriqaz"-a istinadən bildirir ki, həmçinin görüləcək təmir işləri ilə əlaqədar 31.07.2023-cü il tarixində saat 09:00-dan “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək” QPS-dən qidalanan “Lək 1-ci xətt” ölçü qovşağından da qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri planlaşdırılan müddətdə Şamaxı rayonunun bir hissəsinin, Ucar rayonu üzrə əhali qrup istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Anar Əliyev